İsrailin səhər İranın şimalında yerləşən Gilan əyalətinə hücumları nəticəsində 9 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Bu səhər terror aktı nəticəsində dörd yaşayış binası tamamilə dağılıb, yaxınlıqdakı çoxlu sayda ev də partlayış nəticəsində zərər görüb. Hücum nəticəsində 9 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb”, – məlumatda qeyd edilib.