İsrailin xarici işlər naziri Gideon Saar çərşənbə axşamı Tokioya rəsmi səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Xarici işlər naziri Gideon Saar Yaponiyaya rəsmi səfərinə başlayıb. Bu, İsrail xarici işlər nazirinin müharibə başlayandan bəri və son 15 ildə Yaponiyaya ilk səfəridir”, – məlumatda qeyd olunub.