“Böyük Britaniyanın Baş naziri Keir Starmer bazar günü ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb, tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Trampın mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri şərtsiz atəşkəsin zəruriliyini müzakirə ediblər və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar. Onlar Rusiya rəhbərliyinin atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər”, – məlumatda bildirilib.