Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalının açılışı olub.
“Füyuzat”ın məlumatına görə, festival gələcəyimiz olan uşaqların maarifləndirilməsi, gənc nəsil arasında mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə təşkil olunub.
Festival çərçivəsində yazarlarla görüşlər, nağıl saatları və müxtəlif əyləncəli-intellektual proqramların keçirilməsi nəzərdə tutulub.
Festival və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu MİMTA Yayımları, “Füyuzat” və “İşıq” jurnallarının stendləri ilə festivalda təmsil olunur.
Qeyd edək ki, festival 10–13 aprel tarixlərində, saat 10:00-dan 20:00-a qədər davam edəcək. Giriş sərbəstdir.


