Xəbərlər

Japarov: Tacikistanla sərhəd sazişi hər iki ölkənin təhlükəsizliyini gücləndirəcək

“Qırğızıstanla Tacikistan arasında sərhədlərin açılması haqqında sazişin imzalanması təkcə iki respublikanın deyil, bütün regionun təhlükəsizliyini gücləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Bişkekdə Tacikistan prezidenti Emoməli Rəhmonla danışıqlar zamanı bildirib.

“Müqavilənin imzalanması təkcə ölkələrimizin deyil, bütün regionun təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək”, – prezident vurğulayıb.