“İsrail Qəzza zolağında HƏMAS hərəkatının hərbi və inzibati potensialının məğlubiyyətini başa vurduqdan sonra İordan çayının qərb sahilində olduğu kimi Fələstin anklavına tam fəaliyyət azadlığı ilə nəzarəti davam etdirməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
“Qəzza ilə bağlı mövqeyim bəllidir. HƏMAS-ın Qəzzada hərbi və inzibati gücü məğlub edildikdən sonra, İsrail Yəhudeya və Samariyada olduğu kimi Qəzzaya qəti şəkildə nəzarət edəcək. Biz heç bir terror təşkilatının İsrail əhalisinə hücum etməsinə icazə verməyəcəyik. İsrail 7 oktyabr 2023-dək olan reallığa qayıtmağa icazə verməyəcək”, – nazir əlavə edib.