“ABŞ Münxen Təhlükəsizlik Konfransında Ukraynaya dair sülh planını təqdim etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Newsmax”a müsahibəsində deyib.
O, fevralın 14-16-da Münxen konfransında özünün sülh planı təqdim edəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərin doğru olmadığını bildirib. Həmçinin planın gələn həftə də açıqlanmayacağını bildirib.
“Sülh planını mən yox, ABŞ prezidenti təqdim edəcək. Biz ona bu planı hazırlamağa kömək edəcəyik, lakin bu, gələn həftə baş verməyəcək”, – Kelloq bildirib.