Xəbərlər

Kelloq: Moskva və Kiyev bir-biri ilə birbaşa danışıqlar aparmalıdır

“Moskva və Kiyev münaqişənin həlli ilə bağlı birbaşa danışmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Onlar buna məcburdurlar. Və hər iki tərəf bir şeydən – sadəcə öz maraqlarından çıxış etməkdən imtina etməlidir. Bizə aydındır ki, üç tərəf – Rusiya, ABŞ və Ukrayna oturub danışmalıdırlar. Müzakirə mərhələlərlə baş tuta bilər”, – o qeyd edib.