Xəbərlər

Kelloq: Tramp Rusiyanın neft sektoruna qarşı sanksiyaları sərtləşdirməyə hazırdır

“ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft sektoruna qarşı sanksiyaların yetərli olmadığını hesab edir və onları daha da sərtləşdirməyi düşünür”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Düzdür, sanksiyalar gücləndirilə bilər, xüsusən də neft hasilatı və ixracına qarşı bu addımı atmaq olar”, – Kelloq vurğulayıb.