“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada davamlı və ədalətli sülhə nail olmaq istəyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerikanın növbəti liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq müsahibəsində bildirib.
“Tramp Ukraynada ədalətli, davamlı və təhlükəsiz sülh istəyir. Regiona sülh gətirmək istəyi Trampın beynəlxalq gündəmində bir nömrəli prioritetdir”, – o əlavə edib.