“Ukraynadakı münaqişə Moskva və Kiyev arasında danışıqlar aparılmadan bitməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Açığı, istənilən danışıqlarda hər iki tərəf güzəştə getməlidir. Razılaşma çox güman ki, hamı üçün məqbul və ya qənaətbəxş olmayacaq, lakin bu məqsədə çatmaq üçün çalışmaq lazımdır”, – Kelloq qeyd edib.