Xəbərlər

KİV: ABŞ İsraili İrandan həmişəlik qoruya bilməyəcəyini bildirib

ABŞ Administrasiyası təyyarədaşıyıcılarının İsraili İrandan qorumaq üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.

Qeyd edək ki, hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan “Abraham Linkoln” və “Teodor Ruzvelt” gəmisi var.