Xəbərlər

KİV: ABŞ-la danışıqlar uğursuz olarsa, İsrail İranı vuracaq

“İsrail ordusu Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalacağı təqdirdə İranın nüvə obyektlərinə sürətli zərbələr endirməyə hazırlaşır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Mümkün zərbə ilə bağlı müzakirələrin başlamasına səbəb İsrail kəşfiyyatının ABŞ–İran məsləhətləşmələrinin uğurlu olacağına şübhə etməsidir. Hücum baş verərsə, bu, birgünlük olmayacaq. İsrail ən azı bir həftə hərbi kampaniya keçirməyi planlaşdırır”, – məlumatda bildirilib.