ABŞ və HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında saxlanılan girovların azad edilməsi məsələsini müzakirə etmək üçün görüş keçirib.
“Füyuzat”ın məlumatına görə, bunu Livanın “Əl Mayadeen” telekanalına HƏMAS-ın adı açıqlanmayan yüksək səviyyəli nümayəndəsi təsdiqləyib.
Onun sözlərinə görə, görüş Amerika tərəfinin xahişi ilə baş tutub və “israillilər bundan təəccübləniblər”.
Fələstin nümayəndəsi bildirib ki, ABŞ nümayəndəsi yalnız əsir mübadiləsindən danışıb, atəşkəs və müharibənin başa çatması ilə bağlı məsələlərə toxunmayıb.