“ABŞ Hərbi Hava Qüvvələri 12 ədəd beşinci nəsil F-22 qırıcı təyyarələrini Britaniyanın “Lakenheath” hava bazasına göndərib, təyyarələrin növbəti günlərdə Yaxın Şərqə uçması planlaşdırılıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Aviationist” portalı mənbələrə və peyk görüntülərinə istinadən məlumat yayıb.
“Qırıcılar artıq Böyük Britaniyadadır, bu aviabaza ABŞ təyyarələrinin Şimali Amerikadan digər bölgələrə köçürülməsi zərurəti yarandığı hallarda əsas bazalardan biri kimi istifadə olunur”, – məlumatda bildirilib.