“Bir sıra Avropa liderləri Ukraynanı dəstəkləyəcəklərinə söz versələr də, Kiyevə açıq şəkildə bildirdilər ki, onlar ABŞ olmadan irəliləməkdənsə, Vaşinqtonla əlaqələrini bərpa etməyə üstünlük verəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Euractiv” portalı məlumat yayıb.
“Avropa İttifaqı (Aİ) liderləri razılaşıblar ki, ABŞ ilə, xüsusən, NATO kontekstində yaxından işləməyi davam etdirmək vacibdir və Avropanın əlavə təhlükəsizlik zəmanətlərinə gələcək töhfələri ABŞ-la əl-ələ verərək hazırlanmalıdır”, – məlumatda bildirilib.