Xəbərlər

KİV: Amerikalıların 57%-i Baydendən narazıdır

Amerika vətəndaşlarının əksəriyyəti yanvarın 20-də dövlət başçısı postunu respublikaçı Donald Trampa təhvil verəcək ABŞ-ın hazırkı prezidenti Co Baydenin işinin nəticələrindən narazıdır.

“Füyuzat”ın məlumatına görə, bunu “Fox News” keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 57%-i Baydenin prezident vəzifəsini bəyənmir. Rəyi soruşulanların daha 42%-i onun fəaliyyətinin nəticələrini bəyəndiyini bildirib. Sorğu iştirakçılarının 1%-i bu suala cavab verə bilməyib.