İsrailin “Mossad” kəşfiyyatının rəhbəri David Barnea Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqların davam etdirilməsini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Walla” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
“Bu, iki həftə ərzində onlar arasında ikinci görüşdür, əvvəlki görüş noyabrın sonunda Vyanada baş tutub. Barneanın səfəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl razılaşmanın bağlanması məqsədi ilə İsrail və HƏMAS arasında danışıqlarda irəliləyiş əldə etmək səylərinin bir hissəsidir”, – məlumatda bildirilib.