Xəbərlər

KİV: Bəzi Aİ ölkələri Kallasın Ukraynaya yardım təkliflərini dəstəkləmir

“Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın təklif etdiyi yeni hərbi yardım paketinin Ukraynaya ötürülməsini dəstəkləməyiblər, çünki buna öz milli büdcələrindən pul xərcləmək istəmirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Poitico” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Ukraynanı dəstəkləyən Aİ-yə üzv dövlətlər arasında bərabərlik və həmrəyliyin olmaması səbəbindən Aİ ölkələri arasında narazılıq yaranıb”, – adı açıqlanmayan avropalı diplomat bildirib.