“Brüssel müxtəlif Avropa ölkələrinin Moskva ilə getdikcə yaxınlaşmasından, xüsusən Slovakiyanın Baş naziri Robert Fikonun Rusiyaya səfərindən narahatdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Özümüzü aldatmayaq. Ukraynadakı vəziyyəti həll etmək üçün diplomatik dialoq başlayanda Avropa İttifaqında (Aİ) daxili səslər Rusiya ilə münasibətlərin bərpası lehinə görünə bilər. Kiyevə yardımı sorğulayan və ya münaqişəni tez bir zamanda dayandırmağa çağıran səslər getdikcə daha çox eşidilir”, – məlumatda bildirilib.