Xəbərlər

KİV: Ceff Bezos həbs oluna bilər

“Milyarder, Amazon-un qurucusu Ceff Bezos və onun kimi onlayn pərakəndə satıcılar 18 yaşdan kiçiklərə qanunsuz bıçaq satdıqlarına görə həbs oluna bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Daily Telegraph” (DT) Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, belə internet sahibkarları Leyboristlər hökumətinin yeni qanunvericilik tədbirləri çərçivəsində “uşaqlara bıçaq satışına icazə versələr, onları iki ilə qədər həbs cəzası gözləyir”.

Mətbəx bıçaqlarının satışına da aid olan qanunvericilik dəyişiklikləri 2024-cü ildə Ruandadan olan immiqrant, 17 yaşlı Aksel Rudakubana tərəfindən Southport şəhərində üç qızın öldürülməsi ilə əlaqələndirilir. Qəzetin yazdığına görə, o, Amazon-da şəxsiyyət vəsiqəsini saxtalaşdırdıqdan sonra qətl silahı olan bıçaq alıb. Cinayətkar şəxsi məlumatlarını şifrələyən və istifadə etdiyi internet ünvanını gizlədən proqram təminatı vasitəsilə onlayn mağazanın iki addımlı şəxsiyyət yoxlamasından yan keçib.