Xəbərlər

KİV: İordaniya Qəzzadan 29 yaralı fələstinli uşağı təxliyə edib

“Yaralı 29 fələstinli uşaq müalicə olunmaq üçün Qəzza zolağından İordaniyaya təxliyə edilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların bir qrupu Qəzzadan Marka hərbi aerodromuna gətirilib, ikinci qrup isə quru yolu ilə İordaniyaya çatdırılıb”, – məlumatda bildirilib.