Xəbərlər

KİV: İranda İsrailin “Spike” sistemləri aşkar edilib

“İranın xüsusi xidmət orqanları İsrail agentləri tərəfindən İslam Respublikası ərazisində yerləşdirilmiş uzaqdan idarə olunan “Spike ” tank əleyhinə raket sistemlərini aşkar ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Press TV” televiziyası məlumat yayıb.

Qeyd edilib ki, internet vasitəsilə uzaqdan idarəetməyə malik sistemlər ilə təchiz edilmiş “Spike” sistemləri İranın hava hücumundan müdafiə sistemlərinin qarşısını almaq üçün nəzərdə tutulub. Telekanal İsrail silahlarının dəqiq harada yerləşdiyini qeyd etməyib.