“İsrail Vaşinqton Administrasiyasının Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görmək tələblərinə cavab vermək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid İsrail dövlətindəki mənbəsinə istinadən məlumat yayıb.
“İsrail təhlükəsizlik rəsmiləri Amerika tərəfinin göndərdiyi məktubu alıblar. İsrail bu məsələlərə ciddi yanaşır və amerikalı həmkarlarımızın məktubda ifadə etdiyi narahatlıqlarına cavab vermək niyyətindədir”, – jurnalist İsrail rəsmisindən sitat gətirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin daha əvvəl verdiyi məlumata görə, oktyabrın 15-də ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin israilli həmkarlarına məktub göndərərək, İsrail rejiminin vəziyyətini yaxşılaşdırmaq üçün 30 gün ərzində konkret tədbirlər görməyi tələb ediblər.