Xəbərlər

KİV: İsrail İordan çayının qərb sahilində 70-dən çox fələstinlini həbs edib

İsrail qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı azı 70 fələstinlini həbs edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal həmçinin Tulkərm şəhərində hərbçilərin qaçqınlar üçün sığınacaq kimi xidmət edən məscidə basqın etdiyi Nur Şəms düşərgəsində və Tulkərmin şərqində yerləşən Ramin şəhərində mülki şəxslərin həbs edilməsi barədə məlumat yayıb.