Xəbərlər

KİV: İsrail İran qüvvələrinə onun hüdudlarından kənarda zərbələr endirə bilər

ABŞ rəsmiləri İranın aprelin 13-də həyata keçirdiyi zərbəyə İsrailin mümkün cavabının İrandan kənarda baş verəcəyinə inanır.

“Füyuzat”ın məlumatına görə, bu barədə NBC televiziyası adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

“İsrail çox güman ki, İran rəsmilərini hədəfə almağa cəhd etməyəcək, əksinə Tehranın Hizbullaha ötürdüyü iddia edilən qabaqcıl raket hissələri, silah və ya komponentləri saxlanılan anbarları hədəf alacaq. Birləşmiş Ştatlar İsrailin dəqiq necə cavab vermək qərarına gəldiyini hələ bilmir, lakin İsrail hakimiyyətinin öz hərəkətləri barədə məlumatı əvvəlcədən Vaşinqtonla bölüşəcəyini gözləyir”, – məlumatda bildirilib.