Xəbərlər

KİV: İsrail Qəzza zolağının işğalına icazə verən planı təsdiqləyib

İsrailin hərbi-siyasi kabineti bazar ertəsi Qəzza zolağında Fələstin anklavının işğal ehtimalını ehtiva edən hərbi əməliyyatı genişləndirmək planlarını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ynet” portalı siyasi sistemdəki mənbələrə istinadən məlumat yayıb.

“Plana digər məsələlərlə yanaşı, Qəzza zolağının işğalı və ərazinin əldə saxlanılması üçün anklavın əhalisinin cənuba köçürülməsi, HƏMAS hərəkatının humanitar yardım almaq imkanından məhrum edilməsi və radikallara qarşı güclü hücumların həyata keçirilməsi daxildir” – məlumatda qeyd olunub.