İsrailin Qəzzanın şərqindəki Əl-Şücayyə bölgəsindəki yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində daha 35 nəfər ölüb, onlarla insan itkin düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qəzzanın Səhiyyə Nazirliyi, mülki müdafiə qüvvələri və yerli sakinlər nəşrə bildirib ki, dağılmış binaların altında qalan onlarla itkin düşmüş insanı tapmaq üçün axtarışlar davam edir və bu səbəbdən ölənlərin sayı daha da artacaq.