Xəbərlər

KİV: Qəzzada döyüşlər bərpa edilə bilər

“Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Qeyd edilib ki, İsrail tərəfi HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaq niyyətindədir, bundan əlavə, Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmağı düşünür. İsrail bundan sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyyə ediləcəyini elan edə və lazım gələrsə, Fələstin anklavına elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər.

“Kan” qeyd edir ki, sonuncu planlaşdırılan tədbir ABŞ tərəfindən təchiz edilmiş daha ağır silahlardan istifadə etməklə döyüş əməliyyatlarına qayıtmaqdır.