Xəbərlər

KİV: Qəzzada son 24 saat ərzində 26 fələstinli həlak olub

Çərşənbə axşamı səhərdən bəri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 26 fələstinli həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, hərbçilər anklavın bütün ərazilərini intensiv hava hücumları və artilleriyadan atəşə tutmaqda davam etdiyi üçün ölüm sayı ilə bağlı hazırkı hesabat yekun deyil.