Xəbərlər

KİV: Rəfahda 4000-ə yaxın ev dağıdılıb

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 11 mindən çox yaşayış binasına ciddi ziyan dəyib, 4 minə yaxını isə tamamilə dağılıb və yaşayış üçün yararsız hala düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstinin İctimai İşlər və Mənzil Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.

“Şəhərdə insanların yerləşməsi üçün tamamilə yararsız olan 4000 yaşayış məntəqəsi var, ona görə də hakimiyyətə Rafahda evlərini itirmiş ailələri sığınacaqla təmin etmək üçün ən azı 70 min çadır lazımdır. Şəhərdə normal həyatın bərpasına mane olan ən böyük problem fələstinlilər üçün təhlükə yaratmaqda davam edən bir sıra ərazilərdə İsrail bölmələrinin olmasıdır. Bütün Rəfahda vəziyyəti normallaşdırmaq üçün işğalçıları bölgədən çıxarmaq lazımdır”, – məlumatda bildirilib.