Xəbərlər

KİV: Rubio və Vitkoff Parisə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff bu həftə Parisə səfər edərək Ukrayna münaqişəsi, İranla əlaqələr və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tarifləri müzakirə etməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Vitkoffun Fransa prezidenti Emmanuel Makronla görüşü gözlənilir.

Verilən məlumata görə, Ukrayna, İran və tariflərdən əlavə, İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağı ətrafındakı vəziyyət də gündəmdə olacaq.

Görüşün dəqiq tarixi açıqlanmayıb.