Xəbərlər

KİV: Şimali Koreya Sarı dənizə çoxsaylı ballistik raketlər buraxıb

Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Verilən məlumata görə, martın 10-da ABŞ və Koreya Respublikası “Azadlıq Qalxanı” adlı genişmiqyaslı təlimlərə başlayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyi manevrləri Koreya yarımadasında “atmosferi qızışdıran aqressiv müharibənin məşqi” adlandırıb. Pxenyan xəbərdarlıq edib ki, təlimlər ABŞ-ın təhlükəsizliyə mənfi təsir göstərən əməllərinə cavab olacaq və Şimali Koreya regionda sülhü möhkəmləndirmək üçün səylərini artıracaq.