Xəbərlər

KİV: Şimali Koreya Yapon dənizinə doğru çoxsaylı ballistik raketlər buraxıb

“Şimali Koreya Yapon dənizinə doğru, ehtimal ki, qısamənzilli bir neçə ballistik raket atıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

“Biz 08:10 (Bakı vaxtı ilə 03:10) radələrində Vonsan bölgəsindən Yapon dənizinə doğru atılan qısamənzilli ballistik raketlər kimi qiymətləndirilən bir neçə mərmi qeydə almışıq”, – agentlik komitədən sitat gətirib.

“Silahlı Qüvvələrimiz əlavə buraxılışların olmasına ehtimalını nəzərə alaraq nəzarəti gücləndirib. Biz ABŞ və Yaponiya ilə Şimali Koreyanın ballistik raketləri” ilə bağlı məlumat mübadiləsi aparırıq və tam hazırlığı saxlayırıq, – deyə Koreya ordusu əlavə edib.