Xəbərlər

KİV: Son 24 saat ərzində 39 fələstinli həyatını itirib

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 39 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, 7 oktyabr 2023-cü ildən bu vaxta qədər anklavda 45,5 min insan həlak olub, 108 mindən çox insan isə yaralanıb.