“Britaniyanın Baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər etməyə hazırlaşırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Onlar sülh nizamlanması planında Trampa vahid cəbhə təqdim etmək istəyirlər. Belə bir səfər Ağ Evdə Zelenski ilə Tramp arasında qalmaqallı mübahisədən və Amerikanın Kiyevə hərbi yardımının dayandırılmasından sonra Ukrayna ilə ABŞ arasında münasibətləri bərpa etmək cəhdləri fonunda baş tuta bilər. Böyük Britaniya hökuməti ABŞ-ı Ukraynaya silah tədarükünü bərpa etməyə inandırmaq üçün bütün səviyyələrdə çalışır”, – məlumatda bildirilib.