Xəbərlər

KİV: Stoltenberq Ukrayna hakimiyyəti ilə cəbhədəki vəziyyəti müzakirə edib

Kiyevə elan olunmamış səfərə gələn NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və onunla döyüş meydanındakı vəziyyəti müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın “Public News” nəşri məlumat yayıb.

“Tərəflər bu ilin yayında Vaşinqtonda keçiriləcək alyans sammitinə hazırlıq və beş il müddətinə Ukraynaya 100 milyard avro məbləğində maliyyə dəstəyi üçün xüsusi fondun yaradılması təşəbbüsünü də müzakirə ediblər”, – məlumatda bildirilib.