“Suriya və Türkiyə Xarici İşlər Nazirliyi (XİN) və Müdafiə Nazirliyi nümayəndələri səviyyəsində Rusiya Federasiyası və İrandan olan həmkarlarının iştirakı ilə çox yaxın gələcəkdə ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə dialoqa başlaya bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyətləri arasında danışıqlar sentyabrın sonunda baş tutacaq.
Qeyd edilib ki, görüşdə Dəməşq və Ankara arasında terrorizmlə mübarizədə əməkdaşlıq mexanizminin hazırlanması, həmçinin Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxarılması üçün qrafikin yaradılması müzakirə olunacaq.