Suriya Keçid Hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Əş-Şibaninin rəhbərlik etdiyi nümayəndə heyətinə Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab daxildir.
Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələrinin BƏƏ-də ölkələr arasında əməkdaşlıq və koordinasiya perspektivlərini müzakirə edəcəkləri bildirilib.