Xəbərlər

KİV: Tayvan ABŞ-dan “E-2D Advanced Hawkeyes” təyyarəsi alacaq

“Tayvan ordusu 6 ədəd Amerika istehsalı “E-2D Advanced Hawkeye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi almaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Taipei Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bu təyyarələr Tayvanda xidmətdə olan köhnəlmiş “E-2K Hawkeyes” təyyarələrini əvəz edəcək”, – məlumata əlavə edilib.