Xəbərlər

KİV: Tramp Si Cinpini Vaşinqtonda andiçmə mərasiminə dəvət edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpini 2025-ci il yanvarın 20-də Amerikanın paytaxtında keçiriləcək andiçmə mərasiminə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb.

“Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Cinpini andiçmə mərasiminə dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil. Andiçmə mərasimində xarici ölkələrin bir neçə yüksək rütbəli nümayəndəsinin iştirak edəcəyi gözlənilir”, – məlumatda qeyd edilib.