Xəbərlər

KİV: Trump oktyabrın sonunda iş adamları ilə Çinə səfər edə bilər

ABŞ prezidenti Donald Tramp Amerika şirkətlərinin rəhbərləri ilə payızda Çinə səfər edə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Amerika administrasiyasının nümayəndələri Ağ Ev rəhbərini 2025-ci ildə Çinə mümkün səfərdə müşayiət etməkdə maraqlı olub-olmadıqlarını öyrənmək üçün bəzi şirkətlərin rəhbərlərinə yaxınlaşıblar.

Onların qeyd etdikləri mümkün tarixlərdən biri oktyabrın sonu, Koreya Respublikasının Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinə, Malayziyanın isə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitinə ev sahibliyi etdiyi vaxtdır. Amerika prezidenti adətən hər iki tədbirdə iştirak edir.

Agentlik xatırladıb ki, Tramp ilk xaricə turnesini maliyyə, texnologiya və istehsalat dünyasının yüksək səviyyəli rəhbərləri ilə birlikdə Fars körfəzi ölkələrinə edib. Prezident ABŞ-ın korporativ gücünü nümayiş etdirən enerji, süni intellekt, çiplər, aerokosmik və digər sektorları əhatə edən yeni milyard dollarlıq sövdələşmələr bağlayıb.