Xəbərlər

KİV: Ukrayna bütün ATACMS raketlərini istifadə edib

“Ukraynada artıq ATACMS raketləri yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” (AP) ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“Birləşmiş Ştatlar Kiyevə bu raketlərin 40-dan azını verib və onların ehtiyatları yanvarın sonunda tükənib. ABŞ-ın keçmiş müdafiə naziri Lloyd Ostin və digər yüksək vəzifəli Pentaqonun rəsmiləri daha əvvəl vurğulamışdılar ki, ATACMS məhdud miqdarda verilir və prioritet digər silah növlərinə verilir”, – məlumatda qeyd olunub.