“Parisdə Ukrayna ilə bağlı bir sıra Avropa dövlətlərinin nümayəndələrinin iştirakı ilə növbəti tədbirlər, o cümlədən bölgəyə sülhməramlıların göndərilməsi ilə bağlı konsensusa nail olmaq məqsədilə keçirilən fövqəladə toplantı onun iştirakçıları arasında kəskin ziddiyyətlərlə yadda qalıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa ölkələri arasında Ukraynaya qoşun yeridilməsi ilə bağlı görüşdə münaqişə yaranıb.
Bildirilib ki, Almaniya, İtaliya, Polşa və İspaniya Böyük Britaniyanın Avropa ordularının Ukraynada mümkün yerləşdirilməsi təklifindən bir neçə saat sonra ölkəyə sülhməramlı qüvvələr göndərmək istəmədiklərini bəyan ediblər.



