Xəbərlər

Kiyev Moskva ilə rabitə sahəsində əməkdaşlığa dair müqaviləni ləğv edir

Ukrayna Nazirlər Kabineti Rusiya ilə rabitə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə xitam verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

“Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında rabitə sahəsində əməkdaşlıq haqqında saziş şəraitin əsaslı dəyişməsi ilə əlaqədar ləğv edilib”, – o bildirib.

Qeyd edək ki, sənəd 1993-cü il mayın 26-da Kiyevdə imzalanıb.Bundan əvvəl Kiyev Minsklə analoji əməkdaşlıq müqaviləsini ləğv edib.

Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, həmçinin MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.