Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp tərəfindən ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə bir gün əvvəl namizədliyi irəli sürülən Tulsi Qabbardı Rusiyaya dəstək verməkdə ittiham edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Strana” nəşri məlumat yayıb.
“Qabbard ABŞ-ın Ukrayna və Rusiya Federasiyasına qarşı xarici siyasətini tənqid etməsi ilə tanınır. O, ABŞ-ın hazırkı administrasiyasının Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışdığını bildirib və tərəfləri dinc danışıqlara çağırıb”, – məlumatda bildirilib.