Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan arasında Tbilisidə görüş baş tutub. Görüşdə regiondakı vəziyyət müzakirə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsinin Gürcüstan və Ermənistan arasında müxtəlif istiqamətlərdə tərəfdaşlığın dərinləşməsi üçün yaxşı zəmin yaratdığı vurğulanıb, həmçinin mövcud təhlükələrin öhdəsindən gəlmək üçün birgə səylərin vacibliyi də müzakirə edilib.