Konqo Demokratik Respublikasının şimal-qərbində yayılan naməlum xəstəlikdən ölənlərin sayı 50-dən çox olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi və ÜST məlumat yayıb.
“Əksər hallarda simptomların başlaması ilə ölüm arasındakı interval cəmi 48 saat olur və bu, həqiqətən də narahatedicidir”, – Bikoro Xəstəxanasının tibbi direktoru Serj Nqalebato bazar ertəsi “Associated Press”ə deyib.
Qeyd edilir ki, Konqoda son epidemiya yanvarın 21-də başlayıb və bazar ertəsi günü 53 ölüm də daxil olmaqla 419 yoluxma baş verib.
Məlumata görə, ilk epidemiya Boloko şəhərində yaşayan üç uşağın yarasa yeməsindən, ardınca onlarda qızdırma əlamətlərinin aşkar edilməsindən və cəmi 48 saat ərzində ölməsindən sonra başlayıb.