Xəbərlər

Kuala-Lumpurdakı festivalda Azərbaycan haqqında məlumat verilib

Azərbaycan Malayziyanın paytaxtı Kuala-Lumpurun “Fairview International School Kuala Lumpur”da keçirilən “Harmoniyada İrs – Gəlin Mədəniyyətləri Birlikdə Qeyd Edək” adlı “Beynəlxalq Mədəniyyətlərarası Gün” festivalında təmsil olunub.

“Füyuzat”  xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Malayziyada yaşayan, övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının üzvləri tərəfindən təşkil edilən stend ölkənin zəngin mədəni irsini nümayiş etdirib. Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri barədə ətraflı məlumat verilib və onlar milli yeməklərə qonaq ediliblər”, – paylaşımda bildirilib.

Qeyd olunub ki, Azərbaycan stendində həmçinin suvenirlər və kəlağayı nümayiş etdirilib.