“Ukraynada mümkün sülhməramlı missiyada iştirak etmək üçün Baltikyanı Respublikadan hərbi personalın göndərilməsini müzakirə etmək hələ tezdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Latviyanın müdafiə naziri Andris Spruds deyib.
“Hazırda Ukraynada hansısa konkret sülhməramlı missiya haqqında danışmaq tezdir. Növbəti addımlarda bu məsələ ilə bağlı danışmaq olar. Ukraynaya sülhməramlıların göndərilməsinin mümkünlüyü yalnız Moskva və Kiyev arasında sülh sazişi bağlandıqdan sonra müzakirə oluna bilər, lakin hazırda bununla bağlı heç bir məlumat yoxdur”, – nazir əlavə edib.